misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8511 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

SƏNSİZ

Müəllif: maharramzada | 6 Aprel 2017 | Oxunub: 371| Yadda saxlamaq:
SƏNSİZ

Sənli günlərimin qədrin bilmədim,
İndi ürək, çətin yaşaya sənsiz.
Ömrə yazılmayan fəsil, il nədir,
Beş anım dönəcək beş aya sənsiz.

Gözlərim közərər, gözdə yaş yanar,
Qurunun oduna hərdən yaş yanar.
Əqlə sığmayanlar bəzən yaşanar,
Dönərəm lal daşa, qayaya sənsiz.

İnləyən bir könül, bir qopuz olar,
Bulağım quruyar, bil, susuz olar.
Vulkan tək ürəyim sönər, buz olar,
Əriyib gedərəm mən çaya sənsiz.

Şəvə tək saçıma bəyaz dən düşər,
Baxıb bu günümə ağlayar bəşər.
Buna mat qalacaq Xeyir, hətta Şər,
Həyatım qapanar dünyaya sənsiz.

Fələk taleyini necə də əydi,
Daldan atılan daş topuğa dəydi.
Ömrün sərt gedişin duya bilsəydim,
Dönməzdim hıçqıran bir haya cənsiz.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 4)
Əsəri oxuyanlar (180)
  Oxşar misralar:


  Resenziyalar (6)  
Yazdı: maharramzada: 6 Aprel 2017 22:31
 
Yaşayır: Bakı
Əsərlərin sayı: 172
Resenziyalar: 2114
Status: Şair
 
Sənli günlərimin qədrin bilmədim,
İndi ürək, çətin yaşaya sənsiz.
Ömrə yazılmayan fəsil, il nədir,
Beş anım dönəcək beş aya sənsiz.
Sağlığında qiymət verin insanlara...
Yazdı: Polat Alemdar: 7 Aprel 2017 08:31
 
Yaşayır: region 85
Əsərlərin sayı: 1868
Resenziyalar: 23024
Status: Şair
 
Sitat: maharramzada
Sənli günlərimin qədrin bilmədim,
İndi ürək, çətin yaşaya sənsiz.
Ömrə yazılmayan fəsil, il nədir,
Beş anım dönəcək beş aya sənsiz.
Sağlığında qiymət verin insanlara...

ƏLADIR MƏHƏRRƏM BƏY,ƏLLƏRİNİZƏ SAĞLIQ...

--------------------
- Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
Yazdı: Dunyamin: 7 Aprel 2017 11:54
 
Yaşayır: Ağdaş şəhəri
Əsərlərin sayı: 3259
Resenziyalar: 41575
Status: Moderator (İlin şairi)
 
Sitat: maharramzada
İnləyən bir könül, bir qopuz olar,
Bulağım quruyar, bil, susuz olar.
Vulkan tək ürəyim sönər, buz olar,
Əriyib gedərəm mən çaya sənsiz.

GÖZƏL VƏ DUYĞULU YAZMISAN,QARDAŞ!...
Yazdı: Ayka_Lambert: 7 Aprel 2017 19:41
 
Yaşayır: --
Əsərlərin sayı: 1530
Resenziyalar: 17914
Status: Şair
 
Sitat: maharramzada
Şəvə tək saçıma bəyaz dən düşər,
Baxıb bu günümə ağlayar bəşər.
Buna mat qalacaq Xeyir, hətta Şər,
Həyatım qapanar dünyaya sənsiz.

ÇOX GÖZƏL VƏ DUYĞULU BİR ŞEİR KİMİ DƏYƏRLƏNDİRİRƏM!...
Yazdı: Movlud Aqammed: 7 Aprel 2017 21:00
 
Yaşayır: Quba.Zərdabi
Əsərlərin sayı: 506
Resenziyalar: 9915
Status: Şair
 
Gözlərim közərər, gözdə yaş yanar,
Qurunun oduna hərdən yaş yanar.
Əqlə sığmayanlar bəzən yaşanar,
Dönərəm lal daşa, qayaya sənsiz.

Gözəldir,Məhərrəm müəllim! Sözünüzə qüvvət!

--------------------
Mən qəmli olanda şeir yazıram,
Çoxdu şeirlərim,demək,qəmim çox...
*****

*****
"Sağlığında qiymət verin insanlara..."
Yazdı: maharramzada: 10 Aprel 2017 00:05
 
Yaşayır: Bakı
Əsərlərin sayı: 172
Resenziyalar: 2114
Status: Şair
 
Bu şerə öz münasibətini bildirmiş qələm dostlarımın hər birinə minnətdarlığımı bildirirəm.
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
......................................................
         Redaktorun seçimi
 
USTADNAMƏ

Müəllif: Neriman Nerimanli

USTADNAMƏ

Hər dostam deyənə ülfət eyləmə,
Hər gözəli sevib afət eyləmə,
Qaraçı qızını külfət eyləmə
Qızıldan don geyə, dilənəsidir.

Oxumaq
Olarmı heç?!

Müəllif: Sanan Celilli

Olarmı heç?!

Məni bir müəmma hey düşündürər
Deyin, bu suala kim cavab verər ?!
Düzü neçə yerdən kəsər əyrilər ?!
Namərdlər çevrilib mərd olarmı heç?!

Oxumaq
BİLİM Kİ...

Müəllif: Saxavat

BİLİM Kİ...

O bəndən, mən bəndən, biz qul, Sən ağa,
Düşmüşəm eşqindən onun yatağa...
Ya öldür, ya qaldır, məni ayağa...
Bilim ki, gedirəm vüsala doğru.

Oxumaq
Hələ çətinliklə darda yaşadım

Müəllif: sahin.yusifov

Hələ çətinliklə darda yaşadım

Oxuyaraq diqqət edin sözümə
Ötən illər gəldi getdi gözümə
İnana bilmədim özüm özümə
Bu qədər illəri harda yaşadım
Hələ çətinliklə darda yaşadım

Oxumaq
SƏN

Müəllif: Neriman Nerimanli

SƏN

Bəxtimə nə düşüb, gözəldən düşüb,
O qədər gözlədim, göz əldən düşüb,
Caçıma bəmbəyaz gözəl dən düşüb
Belə bəyazlığı görməmisən sən.

Oxumaq
           Ən fəal şərhçilər
 
Dunyamin
Resenziyaların sayı: 41575
Əsərlərin sayı: 3259
Polat Alemdar
Resenziyaların sayı: 23024
Əsərlərin sayı: 1868
adal
Resenziyaların sayı: 18902
Əsərlərin sayı: 1548
Ayka_Lambert
Resenziyaların sayı: 17914
Əsərlərin sayı: 1530
akif musayev
Resenziyaların sayı: 15978
Əsərlərin sayı: 1492
sahin.yusifov
Resenziyaların sayı: 12577
Əsərlərin sayı: 1072
Movlud Aqammed
Resenziyaların sayı: 9915
Əsərlərin sayı: 506
asef
Resenziyaların sayı: 5492
Əsərlərin sayı: 72
shefi
Resenziyaların sayı: 5124
Əsərlərin sayı: 253
niyazi
Resenziyaların sayı: 4816
Əsərlərin sayı: 245

           Sosial şəbəkə
 
            Sonuncu müsabiqə
 
         Ölkələr üzrə statistika
  free counters
         Şeirlər tarixlə
 
«    Aprel 2017    »
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Copyright © 2010 Misra.Az
Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
Bizimlə əlaqə: admin@misra.az

Hosting provided by AdelinaHost.com, AZ Lyrics