misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8511 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

BƏXTİ QARA QADIN

Müəllif: bayrami | 30 May 2013 | Oxunub: 2339| Yadda saxlamaq:
Hələ ana bətnindən
Qız olduğun biləndən
Kəsildik ona düşmən,
Doğulduğu ilk gündən!

Dünya yükü belində,
Acı fəryad dilində,
Qaldı zalım əlində
Bu manqurtlar elində!

Qız doğulmaq tənəsi,
Ata, ər məngənəsi,
Qaynana fel-fitnəsi,
Və oğul bəhanəsi:

“Guya bu Ağanənə
Mane olur gəlinə.
Getsin (Lənət o günə)
“Qocaların evinə”

Bir gün qırıldı səsi,
Soldu ürək qönçəsi,
Getdi yaşam nəşəsi,
Durdu çiçək nəfəsi!

Eh, bəxti qara qadın,
Yaman günlərə qaldın.
Can verəndə çatmadı
Doğmalara fəryadın!
29.05.2013

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 2)
Əsəri oxuyanlar (393)
  Oxşar misralar:


  Resenziyalar (14)  
Yazdı: maharramzada: 30 May 2013 11:40
 
Yaşayır: Bakı
Əsərlərin sayı: 172
Resenziyalar: 2114
Status: Şair
 
Qardaşım, salam. Dərin mənalı bir şer yazmısan. Xoşuma gəldi. Yəqin ki, konkret bir hadisədən yararlanıb yazmısan. Əfsuslar ki, hələ də yaxın qohumlarını qocalar evinə göndərənlərə rast gəlirik.
Yazdı: Polat Alemdar: 30 May 2013 11:42
 
Yaşayır: region 85
Əsərlərin sayı: 1868
Resenziyalar: 23024
Status: Şair
 
“Guya bu Ağanənə
Mane olur gəlinə.
Getsin (Lənət o günə)
“Qocaların evinə”

Bir gün qırıldı səsi,
Soldu ürək qönçəsi,
Getdi yaşam nəşəsi,
Durdu çiçək nəfəsi!

Oğullu-qızlı qadın
Yadlar əlinə qaldı.
Can verəndə çatmadı
Doğmalara fəryadı!

Assalamun aleykum.Bayrami bəy, əllərinizə sağlıq gözəl və ibrətamiz bir şeir yazmısınız.əla misralardır.Sizə uğurlar diləyirəm.

--------------------
- Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
Yazdı: Neriman Nerimanli: 30 May 2013 11:50
 
Yaşayır: Sumqayıt
Əsərlərin sayı: 266
Resenziyalar: 1981
Status: Şair
 
Oğullu-qızlı qadın
Yadlar əlinə qaldı.
Can verəndə çatmadı
Doğmalara fəryadı!


Salam, qardaşım, gözəl demisiniz, təəssüf ki, var belələri, çox təəssüf...
Əllərinizə sağlıq. əla.
Yazdı: bayrami: 30 May 2013 14:00
 
Yaşayır: --
Əsərlərin sayı: 665
Resenziyalar: 2262
Status: Şair
 
Sağ olun, hər birinizə təşəkkür edirəm.
Cahillik dövründən qalma adətlər hələ də davam edir; qızların ana bətnindəcə məhv edilməsi. Qız doğan ananın tənə-töhmətə məruz qalması, qıza-qadına həqarətlə baxılması, qız atasına zarafatla "oğraş" deyilməsi, ərə getməyin fəlakətləri, gəlin-qaynana münasibətləri, qadının eyş-işrət mənbəyi sayılması, işsizlikdən qız-qadınların əyri yollara, satılmalara cəlb edilməsi və s. və s. gör nə qədər dərdlərimiz var. ay sevgidən yazanlar, eyni mövzudan bıqmadınız? Xalqın-vətənin dərdlərindən yazın, haray çəkin, yatanları oyadın! Axı şair xalqının deyən dili, yazan əlidir! Xalqın şairi olun, özünüzün yox! Birovucların yox!
Yazdı: Vusal Huseyn: 30 May 2013 15:02
 
Yaşayır: Azərbaycan Baki şəh.
Əsərlərin sayı: 273
Resenziyalar: 2065
Status: Şair
 
Assalamun Aleykum Bayrami bəy.Çox yaralı və ağrılı bir problemə toxunmusunuz.Bu zillətlərdən,cahilliklərdən,xurafatlardan bizi ancaq və ancaq islam adlı bir nur qurtara bilər...Onuda ki,bəziləri bəyənmir,bəziləri geridəqalmışlıq kimi baxır və s...Şeirinizə görə təşəkkürlər.

--------------------
Hər acının,hər ağrının,
hər bir zülmün bir ahı var.
Hər bir qaranlıq gecənin,
tələsən bir sabahı var.

Vüsal Hüseyn
Yazdı: Polat Alemdar: 30 May 2013 16:39
 
Yaşayır: region 85
Əsərlərin sayı: 1868
Resenziyalar: 23024
Status: Şair
 
Bayrami bəy, çox düzgün qeyd etmisiniz.Bu gün ailə-qadın problemi, acı das olsa gündəmdən düşmür.Buda onunla əlaqəlidir ki, Avropaya intqrasiya edəndən bəri, milli adət ənənələrimiz, mentalitetimiz və mənaviyyatımız yaddan çıxır,cəhalət,səfalət,xurafat baş alıb gerir. Dinimiz imanımız da əldən gedir. Qardaş bəla da burasındadır ki, hamı bunu görür,lakin hamımız da buna göz yumub yan keçirik!!!Bu artıq respublikamızda dözülməz bir hala, mən deyərdim ki, Qarabağ problemindən sonra ikinci bir problemə çevirilibdir.
VÜSAL BƏY ÇOX DÜZGÜN QEYD EDİR """Bu zillətlərdən,cahilliklərdən,xurafatlardan bizi ancaq və ancaq islam adlı bir nur qurtara bilər...""" ALLAHIM BİZİ BU BU ZİLLƏTDƏN,CAHİLLİKDƏN,NADANLIQDAN QORUSUN VƏ HAQQ OLAN ÖZ YOLUNA HİDAYƏT ELƏSİN!!!!
Azərbaycanda bir il əvvəl səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Gender Bərabərliyi komitəsinin sədri Xose Mendes Bota abortların yeni doğulan qız və oğlan uşaqları arasında qeyri-bərabərlik yaratdığı, nəticədə oğlan uşaqlarının sayının qız uşaqlarının sayını ötdüyünə diqqət çəkərək, bunun 20 il sonra böyük problemə səbəb olacağını bildirib. Xose Mendes Bota 2011-ci ilin 3 oktyabr tarixli hesabatında qeyd edir ki, gələcək körpənin cinsinin seçilməsini oğlanların sayının qızların sayından artıq olması, yəni 105 oğlan və 100 qızın doğluması sübut edir. Azərbaycan, Ermənistan və Gürcüstanda doğulan oğlanların sayı (100 qıza 112 oğlan) qızların sayını üstələyir. Onun sözlərinə görə, artıq bəzi ölkələrdə, məsələn, Çində bu problem özünü göstərir. Oğlanlar evlənmək üçün qız tapmır. Eyni problemin 20-30 il sonra Azərbaycanda da özünü göstərməyəcəyinə kim zəmanət verə bilər? Əksinə, indiki vəziyyətdə qadınların sayının azalması kimi statistik göstəricilər genefond üçün real təhlükələrdən xəbər verir. 2011-ci ilin 3 ayı ərzində ölkəmizdə 39 min uşaq dünyaya gəlib. Onlardan 53,8 faizi oğlan, 46.2 faizi qızdır.

--------------------
- Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
Yazdı: bayrami: 30 May 2013 18:47
 
Yaşayır: --
Əsərlərin sayı: 665
Resenziyalar: 2262
Status: Şair
 
Vüsal Hüseyn, Polad bəy, qiymətli fikirləriniz, axtarışlarınız, təkliflərinizi çox dəyərləndirirəm, sizə təşəkkür edirəm.
Yazdı: mirsaleh efqan: 31 May 2013 04:07
 
Yaşayır: bakı şəh.
Əsərlərin sayı: 101
Resenziyalar: 1465
Status: Şair
 
Assalamu aleykum!
Bayrami bəy, dostlar qeyd etdiyinə görə təkrarlamaq istəmirəm, tam razıyam, əllərinizə sağlıq, gözəl yazmısız, Allah millətimizi hidayət nuru ilə nurlandırsınAllah qəlblərimizdə böyüklərə hörmət, kiçiklərə məhəbbət, qonum-qonşulara rəğbət,Tabeliyimizdə olanlara səxafət bəsləməyi nəsib etsin, Amin.

--------------------
Miri
Yazdı: Dunyamin: 31 May 2013 06:40
 
Yaşayır: Ağdaş şəhəri
Əsərlərin sayı: 3259
Resenziyalar: 41575
Status: Moderator (İlin şairi)
 
Bayrami bəy!...Çox aktual bir mövzu qələmə almısınız....Gözəl şairimiz Bəxtiyarın "Atılmışlar" əsərini xatırlatdınız mənə...
Həm də çox doğru deyirsiniz ki,sevgidən çox yazırıq,amma belə vacib mövzulara girişməyə,elə bil,cəsarətimiz çatmır....
Yəqin ki,sizin də,Nəriman bəyin və başqa şairlərimizin də bu cür əsərləri bir nümunə olar!....
Sağ olun!...
Yazdı: bayrami: 31 May 2013 10:42
 
Yaşayır: --
Əsərlərin sayı: 665
Resenziyalar: 2262
Status: Şair
 
İnsan yaşlandıqca qadının həyatda rolunu daha çox qiymətləndirir. Ancaq qadının cəmiyyət içərisində hüquqqsuz, baxımsız, dəyərsiz bir kölə olduğunu dərk etdikcə bərk narahat olur. Hətta öz yaxınlarımıza-zərif cinsə indiyədək bəslədiyimiz sərt, haqsız münasibətlərə görə peşmançılıq çəkirik. Gəlin etiraf edək, Allahın müqəddəs kitablarında, ovliyaların hədislərində yüksək dəyərləndirdiyi qadını hər cəhətdən qoruyaq. M. Hadinin bu nəsihətini unutmayaq: "Qadın səfalətdə olarsa, bəşəriyyət zəlalətdə olar!"
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
......................................................
         Redaktorun seçimi
 
Q A Ğ A M   ---   Səxavət QAFARLIYA

Müəllif: Saxavat

Q A Ğ A M --- Səxavət QAFARLIYA

Canından canını alir məhəbbət,
Qağamı nə günə salır məhəbbət!

Oxumaq
XANƏLİ!  { Dostum Xanəli Tolışa }

Müəllif: Saxavat

XANƏLİ! { Dostum Xanəli Tolışa }

Millətin dili var, ruhun dili nə?
Ruhla gedəcəyik Allah önünə...
Döyərsən onda çox bəlkə sinənə?..
Ümid yox bir ana, günə, Xanəli!

Oxumaq
BAHAR GECƏSİNDƏ...

Müəllif: Dunyamin

BAHAR GECƏSİNDƏ...

Bu ərköyün ürəyimi,
əllərinlə oxşa bir az...
Nəvazişə öyrəşib o,
başqa cürə sakit olmaz!...

Oxumaq
DÜZƏ-DÜZ  (dodaqdəyməz)

Müəllif: Neriman Nerimanli

DÜZƏ-DÜZ (dodaqdəyməz)

Dünyanı oynadar oyuncaq təki,
Açar qollarını xoş qucaq təki,
Sonda üzü dönər Yalıncaq təki,
Əyriyə əyri ol, çalış, düzə-düz.

Oxumaq
Mən

Müəllif: F_Agayeva

Mən "Eşq Fərarisiyəm"...

Mən eşq fərarisiyəm..
Qaçıram
qaça bildiyim yerə qədər..
cəsarətin azdığı,
sonumu əcəl yazdığı,
mənә məzar qazdığı,
yerə qədər...
Qaçıram..
sənin gözlərində itdiyim,
O başlayıb,
Mən bitidiyim
Bir yolluq getdiyim
günə qədər...

Oxumaq
           Ən fəal şərhçilər
 
Dunyamin
Resenziyaların sayı: 41575
Əsərlərin sayı: 3259
Polat Alemdar
Resenziyaların sayı: 23024
Əsərlərin sayı: 1868
adal
Resenziyaların sayı: 18902
Əsərlərin sayı: 1548
Ayka_Lambert
Resenziyaların sayı: 17914
Əsərlərin sayı: 1530
akif musayev
Resenziyaların sayı: 15978
Əsərlərin sayı: 1492
sahin.yusifov
Resenziyaların sayı: 12577
Əsərlərin sayı: 1072
Movlud Aqammed
Resenziyaların sayı: 9915
Əsərlərin sayı: 506
asef
Resenziyaların sayı: 5492
Əsərlərin sayı: 72
shefi
Resenziyaların sayı: 5124
Əsərlərin sayı: 253
niyazi
Resenziyaların sayı: 4816
Əsərlərin sayı: 245

           Sosial şəbəkə
 
            Sonuncu müsabiqə
 
         Ölkələr üzrə statistika
  free counters
         Şeirlər tarixlə
 
«    Sentyabr 2017    »
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Copyright © 2010 Misra.Az
Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
Bizimlə əlaqə: admin@misra.az

Hosting provided by AdelinaHost.com, AZ Lyrics