misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8511 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

GÜL,SƏNİ VERƏNƏ QURBAN OLUM MƏN

Müəllif: ulvi amin | 31 May 2013 | Oxunub: 1954| Yadda saxlamaq:
Tanrının ən böyük bəxşişisən sən,
Gül,səni verənə qurban olum mən.
Ürəyim edibdir qəlbini məskən,
Gül,səni verənə qurban olum mən

Sən gəldin əridi dağların qarı,
Sən sildin ömrümdən dərdi,qubarı,
Qoy səni qorusun o Ulu Tanrı,
Gül,səni verənə qurban olum mən.

Ürəyim bir çəmən,çiçəyi sənsən,
Qəlbim bir arzudur,diləyi sənsən,
Ruhum bir asiman,mələyi sənsən,
Gül,səni verənə qurban olum mən.

Saçların Günəşdir,gözlərin dəniz,
Səni xatırladır hər bir ötən iz,
İnsan yaşayarmı eşqsiz,sevgisiz?
Gül,səni verənə qurban olum mən.

Qəm dolu ömrümü müjdələmisən,
Mənim həyatıma nur ələmisən,
Eşqini qəlbimə səpələmisən,
Gül,səni verənə qurban olum mən.

Başımın tacısan mənim bu gündən,
Mənə bir məkan ver könül evindən,
Bir "sevirəm" çıxsın o bal dilindən,
Gül,səni verənə qurban olum mən.

Dünyada qəm-kədər bitəcək,qorxma,
Qara bir xəyaltək itəcək,qorxma,
Xöşbəxtlik üzünə güləcək,qorxma,
Gül,səni verənə qurban olum mən.

Mələklər gözünə sürmə çəkiblər,
Hürilər tüllərdən paltar tikiblər,
Pərilər saçına zərlər töküblər
Gül,səni verənə qurban olum mən.

Yaşayaq bu ömrü nə qədər varsa,
Sevincsə,sevgisə,dərdsə,qubarsa,
Ölərəm Rəbb səni əlimdən alsa,
Gül,səni verənə qurban olum mən,
Gül,səni verənə qurban olum mən.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 4)
Əsəri oxuyanlar (383)
  Oxşar misralar:
  • Nazına qurban mən olum.
  • Söhbətinə qurban olum
  • Qurban olum 145
  • GƏLİRSƏN, GƏL,
  • Qurban olum

  • loading...

      Resenziyalar (11)  
    Yazdı: Dunyamin: 31 May 2013 20:04
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Salam,Ülvi bəy!...
    Bu şeirini mən yaxşı bir gözəlləmə kimi dəyərləndirərdim...Mövzusu da,forması da ,məncə,çox gözəl alınıb!...
    Sən gəldin, əridi dağların qarı,
    Sən sildin ömrümdən dərdi,qubarı,
    Qoy səni qorusun o Ulu Tanrı,
    Gül,səni verənə qurban olum mən.

    Ürəyim bir çəmən,çiçəyi sənsən,
    Qəlbim bir arzudur,diləyi sənsən,
    Ruhum bir asiman,mələyi sənsən,
    Gül,səni verənə qurban olum mən....

    Sonuncu bənddə RƏBB sözünü böyük hərflə yazsan,məncə,daha düz olar!...
    Yazdı: Polat Alemdar: 31 May 2013 20:38
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Tanrının ən böyük bəxşişisən sən,
    Gül,səni verənə qurban olum mən.
    Ürəyim edibdir qəlbini məskən,
    Gül,səni verənə qurban olum mən

    Sən gəldin əridi dağların qarı,
    Sən sildin ömrümdən dərdi,qubarı,
    Qoy səni qorusun o Ulu Tanrı,
    Gül,səni verənə qurban olum mən.

    Ürəyim bir çəmən,çiçəyi sənsən,
    Qəlbim bir arzudur,diləyi sənsən,
    Ruhum bir asiman,mələyi sənsən,
    Gül,səni verənə qurban olum mən.

    Assalamun aleykum.Vüsal bəy şeirinizi oxudum və bəyəndim.Gözəl misralardır.Əllərinizə sağlıq.Uğurlar diləyirəm.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: ulvi amin: 31 May 2013 21:19
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    derin minnetdarligimi bildirirem Dunyamin muellim var olun.
    Polad muellim muellifin adina diqqetle baxin.minnetdaram
    Yazdı: Saxavat: 31 May 2013 22:14
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Şairsən də! Mən bəyəndim sənin bu şeirini. TƏBRİKLƏR!!!
    Yazdı: Neriman Nerimanli: 1 İyun 2013 11:11
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Əla, Ülvi müəllim! Birincisi, hər şey içdən süzülüb gəlir, ikincisi, sadə deyimlərlə bəzədilib, üçüncüsü, ürəyə, qəlbə yatan oxşama və nəvazişlərlə doludur, axarlı-baxarlı və şirin bir şerdir! Var olun, məndən bir əla.
    Yazdı: Vusal Huseyn: 1 İyun 2013 11:23
     
    Yaşayır: Azərbaycan Baki şəh.
    Əsərlərin sayı: 273
    Resenziyalar: 2065
    Status: Şair
     
    Salam Aleykum Ülvi qardaş.Şeirin həm şirin və həm də axıcı alınıb.Mən şəxsən bəyəndim.Əllərinə sağlıq...

    --------------------
    Hər acının,hər ağrının,
    hər bir zülmün bir ahı var.
    Hər bir qaranlıq gecənin,
    tələsən bir sabahı var.

    Vüsal Hüseyn
    Yazdı: ulvi amin: 1 İyun 2013 11:48
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    Neriman muellim ve Vusal dostum her ikinizden Allah razi olsun.var olun.
    Yazdı: NICAT CEFER: 9 Aprel 2014 18:43
     
    Yaşayır: BAKI ŞƏHƏRİ
    Əsərlərin sayı: 203
    Resenziyalar: 690
    Status: Şair
     
    əgər Səxavət ( Allah rəhmət eləsin ) qardaş ustad bu şeiri bəyənibsə sözsüz bu şeir uğurlu alınıb
    Yazdı: sahin.yusifov: 13 Avqust 2014 03:13
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Tanrının ən böyük bəxşişisən sən,
    Gül,səni verənə qurban olum mən.
    Ürəyim edibdir qəlbini məskən,
    Gül,səni verənə qurban olum mən

    Sən gəldin əridi dağların qarı,
    Sən sildin ömrümdən dərdi,qubarı,
    Qoy səni qorusun o Ulu Tanrı,
    Gül,səni verənə qurban olum mən.

    .Şeirin həm şirin və həm də axıcı alınıb.Mən şəxsən bəyəndim.Əllərinə sağlıq...
    Yazdı: sahin.yusifov: 22 Yanvar 2015 02:34
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Tanrının ən böyük bəxşişisən sən,
    Gül,səni verənə qurban olum mən.
    Ürəyim edibdir qəlbini məskən,
    Gül,səni verənə qurban olum mən

    Sən gəldin əridi dağların qarı,
    Sən sildin ömrümdən dərdi,qubarı,
    Qoy səni qorusun o Ulu Tanrı,
    Gül,səni verənə qurban olum mən.

    Neriman muellim ve Vusal dostum her ikinizden Allah razi olsun.var olun.
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    QALX AYAĞA...(Zaman-yeni, və qarışıq... Torpağmda savaş varsa, nə barışıq!...)

    Müəllif: Dunyamin

    QALX AYAĞA...(Zaman-yeni, və qarışıq... Torpağmda savaş varsa, nə barışıq!...)

    Zaman-yeni,
    və qarışıq...
    Torpağmda savaş varsa,
    nə barışıq!...
    Qalx ayağa,oğul,oğul!...
    Bu tilsimlər sınmalıdır-
    qalx zirvəyə,
    bax torpağa...
    Tonqalların yanmalıdır....

    Oxumaq
    Şükür

    Müəllif: sefer

    Şükür

    Nə ömür eyləmişəm hər nə varsa, vara şükür
    Dosta çox şükr elədim, olsa uzaq xara şükür

    Oxumaq
    DÖZMÜR ÜRƏK AYRILIĞA...

    Müəllif: Dunyamin

    DÖZMÜR ÜRƏK AYRILIĞA...

    Heç kim bilməyəcək mənə nə oldu,
    kimsə duymayacaq nə idi dərdim!...
    Təkcə sən bilirsən,təbəssümünü
    əlacsız dərdimə dərman edərdim!...

    Oxumaq
    Dəliliyim tutub yenə

    Müəllif: sefer

    Dəliliyim tutub yenə

    Əldə silah tutam gərək
    Dağlarımı tapam gərək
    O dağlarda yazam gərək
    Dəliliyim tutub yenə

    Oxumaq
    Ay ürək...

    Müəllif: Dunyamin

    Ay ürək...

    Ay ürək,eşqindən əl çək,qaç uzaq,
    Ömrümüz-günümüz gəldi-gedərdi.
    Neyləyim,çətindir ancaq unutmaq,
    Ayrılıq-ölümdən daha betərdi!

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Sentyabr 2017    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics