misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8511 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

EŞQİMİN ƏZƏLİ...

Müəllif: Dunyamin | 8 İyun 2013 | Oxunub: 2944| Yadda saxlamaq:
EŞQİMİN ƏZƏLİ...

Könülsüz heç kimə yaxın düşmərəm,
könlümə ən yaxın səni bilərəm...
Yad verən şərbəti alıb içmərəm,
sən verən ağını şirin bilərəm!...

Küskün taleyimdən bir istəyim var,
sevən baxışların gözümə gülsün...
Sevincin qəlbimdən dərd-qəmi qovar,
sənin nə dərdin var,qoy mənə gəlsin!...

O al yanaqların,de,lalədirmi,
yoxsa bir Günəşdir,nurlu-işıqlı!...
O gül dodaqların piyalədirmi,
həm zərif,həm incə,həm yaraçıqlı!...

Sən mənim qəlbimə yaxınsan,gülüm,
sənə söyləyirəm ürək sirrimi...
Bir gün ürəyimə toxunsan,gülüm,
o gün qazan ola gərək qəbrimi!...

Könlümün istəyi,şirin barısan,
dünyalar gözəli səni bilərəm...
Sən ki Dünyaminin arzularısan,
eşqimin əzəli səni bilərəm!...
12.05.85.Ağdaş

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 181)
Əsəri oxuyanlar (398)
  Oxşar misralar:


  Resenziyalar (36)  
Yazdı: Dunyamin: 8 İyun 2013 10:15
 
Yaşayır: Ağdaş şəhəri
Əsərlərin sayı: 3259
Resenziyalar: 41575
Status: Moderator (İlin şairi)
 
Ilk məhəbbət unudulmur heç zaman,
onu belə saxlayacaq hər insan...
Yazdı: Neriman Nerimanli: 8 İyun 2013 11:53
 
Yaşayır: Sumqayıt
Əsərlərin sayı: 266
Resenziyalar: 1981
Status: Şair
 
O al yanaqların,de,lalədirmi,
yoxsa bir Günəşdir,nurlu-işıqlı!...
O gül dodaqların piyalədirmi,
həm zərif,həm incə,həm yaraçıqlı!...

Sözlərin biri-biri ilə həmahəng olub gözəl uzlaşması şerə də gözəllik gətirib, ruhunuza, könlünüzə sağlıq, Dünyamin müəllim!
Yazdı: Polat Alemdar: 8 İyun 2013 12:50
 
Yaşayır: region 85
Əsərlərin sayı: 1868
Resenziyalar: 23024
Status: Şair
 
Assalamun aleykum mənim dəyərli şair qardaşım.ƏHSƏN SİZƏ! Sözün qısası məndən ƏLA! Allahım Sizi həmişə sağ salamat və qələminizi iti etsin!

--------------------
- Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
Yazdı: Dunyamin: 8 İyun 2013 13:26
 
Yaşayır: Ağdaş şəhəri
Əsərlərin sayı: 3259
Resenziyalar: 41575
Status: Moderator (İlin şairi)
 
Sitat: Neriman Nerimanli

O al yanaqların,de,lalədirmi,
yoxsa bir Günəşdir,nurlu-işıqlı!...
O gül dodaqların piyalədirmi,
həm zərif,həm incə,həm yaraçıqlı!...

Sözlərin biri-biri ilə həmahəng olub gözəl uzlaşması şerə də gözəllik gətirib, ruhunuza, könlünüzə sağlıq, Dünyamin müəllim!


SAĞ OL,VAR OL,QARDAŞIM NƏRİMAN!...DEYİRƏM,NƏ YAXŞI Kİ,SİZLƏR VARSINIZ,SİZİN KİMİ DOSTLAR VAR...YOXSA BU HƏYAT DA BELƏ ŞİRİN GƏLMƏZDİ ADAMA...
YAZDIĞIN BU İKİCƏ CÜMLƏNİ OXUYURAM,AMMA ELƏ BİLİRƏM Kİ,SONU YOXDUR...ARDI-DAVAMI DA GƏLƏCƏK KİMİ OXUYURAM!...
ALLAHIM HƏR ZAMAN RAZI OLSUN SƏNDƏN,AY QARDAŞ!...


Yazdı: mirsaleh efqan: 9 İyun 2013 23:21
 
Yaşayır: bakı şəh.
Əsərlərin sayı: 101
Resenziyalar: 1465
Status: Şair
 
Assalamu aleykum!
Əlbətdə, Dünyamin müəllim, necə olubsa bu gözəl məhəbbət şeiri gözümdən yayınıb.Çox sağ ol ki, xatırlatdın, afərin!!!

--------------------
Miri
Yazdı: Dunyamin: 9 İyun 2013 23:37
 
Yaşayır: Ağdaş şəhəri
Əsərlərin sayı: 3259
Resenziyalar: 41575
Status: Moderator (İlin şairi)
 
Sitat: mirsaleh efqan

Assalamu aleykum!
Əlbətdə, Dünyamin müəllim, necə olubsa bu gözəl məhəbbət şeiri gözümdən yayınıb.Çox sağ ol ki, xatırlatdın, afərin!!!


VƏSALAMUN ALEYKUM,QARDAŞIM!....
ÇOX SAĞ OL Kİ,DİQQƏTİNDƏN YAYINMADIM...
ALLAH RAZI OLSUN!...
Yazdı: ulvi amin: 27 Avqust 2013 22:29
 
Yaşayır: ismayilli
Əsərlərin sayı: 253
Resenziyalar: 901
Status: Şair
 
Sitat: Dunyamin
VƏSALAMUN ALEYKUM,QARDAŞIM!....ÇOX SAĞ OL Kİ,DİQQƏTİNDƏN YAYINMADIM...ALLAH RAZI OLSUN!...

Bu gözəl şeiriniz həqiqətən diqqətəlayiqdir.
Yazdı: Dunyamin: 27 Avqust 2013 23:25
 
Yaşayır: Ağdaş şəhəri
Əsərlərin sayı: 3259
Resenziyalar: 41575
Status: Moderator (İlin şairi)
 
Sitat: ulvi amin
Sitat: Dunyamin
VƏSALAMUN ALEYKUM,QARDAŞIM!....ÇOX SAĞ OL Kİ,DİQQƏTİNDƏN YAYINMADIM...ALLAH RAZI OLSUN!...

Bu gözəl şeiriniz həqiqətən diqqətəlayiqdir.


ÇOX SAĞ OL,TƏŞƏKKÜR EDİRƏM!....
Yazdı: Dunyamin: 30 Sentyabr 2013 20:08
 
Yaşayır: Ağdaş şəhəri
Əsərlərin sayı: 3259
Resenziyalar: 41575
Status: Moderator (İlin şairi)
 
Sitat: Polat Alemdar
Assalamun aleykum mənim dəyərli şair qardaşım.ƏHSƏN SİZƏ! Sözün qısası məndən ƏLA! Allahım Sizi həmişə sağ salamat və qələminizi iti etsin!

VƏSALAMUN ALEYKUM,QARDAŞIM MƏNİM!...POLAD BABA DAHA VAXTIN ÇOXUNU NƏVƏSİNƏ AYIRMALIDIR...AMMA YENƏ DƏ VAXT TAPIB DOSTLARI DA YADDAN ÇIXARMIR...
ALLAHIMIZ SƏNDƏN RAZI OLSUN,AY QARDAŞ!...
Yazdı: Movlud Aqammed: 12 Aprel 2014 07:47
 
Yaşayır: Quba.Zərdabi
Əsərlərin sayı: 506
Resenziyalar: 9915
Status: Şair
 
Dunyamin,
Küskün taleyimdən bir istəyim var,
sevən baxışların gözümə gülsün...
Sevincin qəlbimdən dərd-qəmi qovar,
sənin nə dərdin var,qoy mənə gəlsin!...

Bu bənd büsbütün poetizmdir....Epitet,metafora,mübaliğə....Şeirə ifadəlilik,obrazlılıq verən də bunlardır...Təbrik edirəm,Dünyamin müəllim...

--------------------
Mən qəmli olanda şeir yazıram,
Çoxdu şeirlərim,demək,qəmim çox...
*****

*****
"Sağlığında qiymət verin insanlara..."
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
......................................................
         Redaktorun seçimi
 
Gülmə qonşu əhvalına,gülüncə.....

Müəllif: Movlud Aqammed

Gülmə qonşu əhvalına,gülüncə.....

Gülmə qonşu əhvalına,gülüncə,
Məsləhət ver,kömək elə gülüncə.
Aşıq deyər gülüncə,
Ağlayınca.gülüncə.
Dərdlərinə şərik ol,
Dərdlilərə gelencə.
Yerini bil,danış incə,gül incə,
Dava olar,düşər qovğa,qaçaqaç.

Oxumaq
ƏL ÜZMÜŞƏM BU GÜN YENƏ DÜNYADAN...

Müəllif: aliibrahimov

ƏL ÜZMÜŞƏM BU GÜN YENƏ DÜNYADAN...

Yenə mənəm, yenə bu ev, dörd divar,
Ürəyimdə heç bitməyən kədər var.
Əl üzmüşəm bu gün yenə dünyadan,
Dünya mənə məzar kimi soyuq, dar...

Oxumaq
Olan oldu...

Müəllif: Elvir Adem

Olan oldu...

Hərdən ayrılıqdan qorxardıq, o da
- nəhayət oldu...

Oxumaq
HEYİFDİR, ATASIZ OLMASİN UŞAQ. --- Tahir HEYDƏRLİ

Müəllif: Saxavat

HEYİFDİR, ATASIZ OLMASİN UŞAQ. --- Tahir HEYDƏRLİ

Ən çətin məqamda, ən çətin anda
Qohum da, özgə də dayanar yanda.
Qazananda,- əli çörək tutanda,
Xala, bibi, dayı, əmi çox olar...

Oxumaq
XANƏLİ, SƏN SƏXAVƏT... Rafiq MƏMMƏD { Şair dostlarım Xanəli Tolış və Səxavət Qafarlıya}

Müəllif: Saxavat

XANƏLİ, SƏN SƏXAVƏT... Rafiq MƏMMƏD { Şair dostlarım Xanəli Tolış və Səxavət Qafarlıya}

El dərdidi, çatılıbdı qaşında,
Şimşək çaxıb, tufan qopub başında.
Ömür boyu şe’rin elçi daşında
Bardaş quran Xanəli, sən Səxavət...

Oxumaq
           Ən fəal şərhçilər
 
Dunyamin
Resenziyaların sayı: 41575
Əsərlərin sayı: 3259
Polat Alemdar
Resenziyaların sayı: 23024
Əsərlərin sayı: 1868
adal
Resenziyaların sayı: 18902
Əsərlərin sayı: 1548
Ayka_Lambert
Resenziyaların sayı: 17914
Əsərlərin sayı: 1530
akif musayev
Resenziyaların sayı: 15978
Əsərlərin sayı: 1492
sahin.yusifov
Resenziyaların sayı: 12577
Əsərlərin sayı: 1072
Movlud Aqammed
Resenziyaların sayı: 9915
Əsərlərin sayı: 506
asef
Resenziyaların sayı: 5492
Əsərlərin sayı: 72
shefi
Resenziyaların sayı: 5124
Əsərlərin sayı: 253
niyazi
Resenziyaların sayı: 4816
Əsərlərin sayı: 245

           Sosial şəbəkə
 
            Sonuncu müsabiqə
 
         Ölkələr üzrə statistika
  free counters
         Şeirlər tarixlə
 
«    Sentyabr 2017    »
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Copyright © 2010 Misra.Az
Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
Bizimlə əlaqə: admin@misra.az

Hosting provided by AdelinaHost.com, AZ Lyrics