misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8511 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Dəliliyim tutub yenə

Müəllif: sefer | 12 İyun 2013 | Oxunub: 1508| Yadda saxlamaq:
Əsən külək qayıt geri
Taleyimi gətir bəri
İstəmrəm dərdi səri
Dəliliyim tutub yenə

Xəzan düşməsin bağıma
Güllər bitsin sol sağıma
Yetİrin xoşbəxt çağıma
Dəliliyim tutub yenə

Qaytarın ötən illəri
Yar bəzəyən tər gülləri
O incə nazlı dilbəri
Dəliliyim tutub yenə

Demə ağlı neynəmşəm
Xəyallarla itirmişəm
Mən o vaxtdan dəliymişəm
Dəliliyim tutub yenə

Əldə silah tutam gərək
Dağlarımı tapam gərək
O dağlarda yazam gərək
Dəliliyim tutub yenə

Döz dedilər, döz ha dözdü
Ocaq sönüb qalan közdü
Məndən qalan olsa sözdü
Dəliliyim tutub yenə

Göstər yolu başda tacım
Haqqa doğru mən də qaçım
Ölüm olsun... haqqa acım
Dəliliyim tutub yenə.

Naz eyləmə nazlı gözəl
Bəsdi yazdım şeir qəzəl
Bu həyatdan... Səfər! dincəl
Dəliliyim tutub yenə.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 7)
Əsəri oxuyanlar (318)
  Oxşar misralar:
  • GÖZLƏRİM YUXU TUTUB...
  • Bir addım irəli, bir addım geri...
  • ƏN ÇƏTİN YOL...(Könlüm yenə kainata üz tutub...)
  • SAHİLİMİ QUM TUTUB...
  • Dünya od tutub yanır


  •   Resenziyalar (8)  
    Yazdı: maharramzada: 12 İyun 2013 21:25
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Səfər, qardaşım, şerini oxudum, xoşuma gəldi. Uğurlar olsun.
    Yazdı: Dunyamin: 12 İyun 2013 22:14
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Salam,əzizim Səfər!...

    Nəğmə ömür gülü olar,
    bir sevdanın dili olar...
    Şair elə dəli olar,
    dəliliyim tutub yenə!...

    Sən həmişə belə maraqlı fikirlər tapıb gətirirsən şeirə...
    Sağ ol!...
    Yazdı: mirsaleh efqan: 13 İyun 2013 04:57
     
    Yaşayır: bakı şəh.
    Əsərlərin sayı: 101
    Resenziyalar: 1465
    Status: Şair
     
    Assalamu aleykum!
    Səfər bəy, şeirin əla. Amma bu dəlilik məsələsi elə şeirdə də qalsın, həqiqətdə olmasın, yaxşı şey deyil(zarafat)

    --------------------
    Miri
    Yazdı: sefer: 13 İyun 2013 07:42
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 406
    Resenziyalar: 1842
    Status: Şair
     
    Təşəkkür edirəm hər birinizə dostlar Allah razı olsun sizlərdən
    Yazdı: Polat Alemdar: 13 İyun 2013 10:58
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Assalamun aleykum Səfər bəy.Şeirinizi mə də bəyəndim.ƏLA. Sizə uğurlar olsun!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Neriman Nerimanli: 13 İyun 2013 11:01
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Səfər müəllimin bu şerini çox bəyəndim. Məcazi mənada işlənən dəlilik əslində ömrün qıvraq-şaqraq zamanının obrazlı ifadəsidir. Və əsas budur ki, ifadələr, fikirlər yerli-yerində işlədilib, bu şerin tərəzisinin pərsəngə ehtiyacı olmadığı qənaətindəyəm və məncə, seçilməyə layiqdir. Məndən əla.
    Yazdı: Vusal Huseyn: 13 İyun 2013 12:48
     
    Yaşayır: Azərbaycan Baki şəh.
    Əsərlərin sayı: 273
    Resenziyalar: 2065
    Status: Şair
     
    Bu şeir mənim də çox xoşuma gəldi.Səfər bəyin demək istədiyi "dəlilik",hər bir insanda olan bir haldır məncə.Üstəlik belə bir vəhşi cəmiyyətdə...

    --------------------
    Hər acının,hər ağrının,
    hər bir zülmün bir ahı var.
    Hər bir qaranlıq gecənin,
    tələsən bir sabahı var.

    Vüsal Hüseyn
    Yazdı: sefer: 13 İyun 2013 17:59
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 406
    Resenziyalar: 1842
    Status: Şair
     
    Təşəkkür edirəm dostlar Allah razı olsun sizlərdən
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    Sevgi mənə nə verəcək...

    Müəllif: Movlud Aqammed

    Sevgi mənə nə verəcək...

    Sevgi mənə nə verəcək,dərdi-sər,
    Sınıq ürək,ah,göz yaşı,bir də qəm.
    Baxıb aləm bu halıma güləcək,
    Məcnun çəkən sitəmləri çəkəcəm.

    Oxumaq
    SON ZƏNG....(Yetişdi son gün də...)

    Müəllif: Dunyamin

    SON ZƏNG....(Yetişdi son gün də...)

    Ömrün ən şirini-nağıllı dünya,
    qayğısız anların doğma məkanı...
    Ürəyə dad verən noğullu dünya,
    bu xoşbəxt günlərdən əziz gün hanı!...

    Oxumaq
    GƏZƏ-GƏZƏ (dodaqdəyməz)

    Müəllif: Neriman Nerimanli

    GƏZƏ-GƏZƏ (dodaqdəyməz)

    Həsrətin əlindən solan gülləri,
    Özü-öz ləçəyin yolan gülləri,
    Arada tək-tənha qalan gülləri
    Düz ilqar yolunda sər düzə-düzə.

    Oxumaq
    YANDIRIR

    Müəllif: Neriman Nerimanli

    YANDIRIR

    Gözəldən gəlməz xeyir,
    Dərdi içimdən yeyir.
    Zülüm eləyib deyir-
    Döz, adamı yandırır.

    Oxumaq
    Dilənçi Qız

    Müəllif: kamil miri

    Dilənçi Qız

    Üzülmə dilənçi qız
    həyat ağladır hərdən.
    Ümüd də gözləmirsən
    açılan hər səhərdən.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Sentyabr 2017    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics