misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8511 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Axtariram

Müəllif: sefer | 15 İyun 2013 | Oxunub: 1695| Yadda saxlamaq:
Dünəndən inciyib bu gündən küsüb
Sabaha, ümidə iz axtarıram
Dünyanın düzündən əlimi üzüb
Dağımı düzməyə söz axtarıram

Sözümü sən kəsib, qəlbimi üzmə
Məni nadanlarla yanaşı düzmə
Geyib zər zibanı, sən məni süzmə
Haqqın bazarında bez axtarıram

Səndəki zinətdi, məndəki qələm
Sənin tənin dolu, mənimsə sinəm
Bəzən qəhqəh çəkib istərəm güləm
Sifətlər içində üz axtarıram

Dünya niyə belə.... görmədim qanan
Dağlar əymiyəni sındırdı zaman
Qayalar dağ altda, zirvədə duman
Haqqı göstərəcək göz axtarıram

Sınama ey Haqqım, sınama məni
Qırıb ümdləri, düzmüşəm dəni
Çətin bu dünyada mən tapam səni
Bu əyri dünyada düz axtarıram

Qəlbində olsada həsrətdən yara
Səfər! çox dəm tutma sən ahu -zara
Qəlbin, fələk üçün dönüb şikara
Şişə keçirməyə köz axtarıram.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 5)
Əsəri oxuyanlar (324)
  Oxşar misralar:


  Resenziyalar (9)  
Yazdı: Dunyamin: 15 İyun 2013 20:56
 
Yaşayır: Ağdaş şəhəri
Əsərlərin sayı: 3259
Resenziyalar: 41575
Status: Moderator (İlin şairi)
 
Bu şeirin də çox xoşuma gəldi...Məncə,yaxşı bir ustadnamə adlandırmaq olar...
Səndəki zinətdi, məndəki qələm,
Sənin tənin dolu, mənimsə sinəm...
Bəzən qəhqəh çəkib istərəm güləm,
Sifətlər içində üz axtarıram...
Yazdı: sefer: 15 İyun 2013 21:00
 
Yaşayır: Baki
Əsərlərin sayı: 406
Resenziyalar: 1842
Status: Şair
 
Təşəkkür edirəm Dünyamin bəy.Allah razı olsun sizdən
Yazdı: Polat Alemdar: 16 İyun 2013 09:30
 
Yaşayır: region 85
Əsərlərin sayı: 1868
Resenziyalar: 23024
Status: Şair
 
Sınama ey Haqqım, sınama məni
Qırıb ümdləri, düzmüşəm dəni
Çətin bu dünyada mən tapam səni
Bu əyri dünyada düz axtarıram

Qəlbində olsada həsrətdən yara
Səfər! çox dəm tutma sən ahu -zara
Qəlbin, fələk üçün dönüb şikara
Şişə keçirməyə köz axtarıram.

Səfər bəy, bu misralarınızı da çox bəyədim.Çox gözəl alınıb.Məndən ƏLA!


--------------------
- Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
Yazdı: Vusal Huseyn: 17 İyun 2013 12:36
 
Yaşayır: Azərbaycan Baki şəh.
Əsərlərin sayı: 273
Resenziyalar: 2065
Status: Şair
 
Bu şeiriniz də çox gözəl ifadələrlə doludur.Bəyənməmək olmur.

--------------------
Hər acının,hər ağrının,
hər bir zülmün bir ahı var.
Hər bir qaranlıq gecənin,
tələsən bir sabahı var.

Vüsal Hüseyn
Yazdı: sefer: 17 İyun 2013 21:24
 
Yaşayır: Baki
Əsərlərin sayı: 406
Resenziyalar: 1842
Status: Şair
 
Təşəkkür edirəm Dostlar Allah razı olsun sizlərdən
Yazdı: Ulvi Rovsen: 10 Oktyabr 2013 07:57
 
Yaşayır: Şəki
Əsərlərin sayı: 63
Resenziyalar: 658
Status: Şair
 
Səfər bəy, şeiriniz çox gözəl və ibrətamizdir. Gözəl müqayisələr, qarşılaşdırmalar var və bu da şeiri dolğunlaşdırır. Uğurlar. Əla!
Yazdı: sahin.yusifov: 13 Avqust 2014 03:09
 
Yaşayır: ZaQaTaLa
Əsərlərin sayı: 1072
Resenziyalar: 12577
Status: Şair
 
Dünəndən inciyib bu gündən küsüb
Sabaha, ümidə iz axtarıram
Dünyanın düzündən əlimi üzüb
Dağımı düzməyə söz axtarıram

Sözümü sən kəsib, qəlbimi üzmə
Məni nadanlarla yanaşı düzmə
Geyib zər zibanı, sən məni süzmə
Haqqın bazarında bez axtarıram

Bu şeiriniz də çox gözəl ifadələrlə doludur.Bəyənməmək olmur.
Yazdı: Kenan Qedimov: 19 Avqust 2014 19:08
 
Yaşayır: Bakı
Əsərlərin sayı: 15
Resenziyalar: 101
Status: Yeni şair
 
Səndəki zinətdi, məndəki qələm
Sənin tənin dolu, mənimsə sinəm
Bəzən qəhqəh çəkib istərəm güləm
Sifətlər içində üz axtarıram
Yazdı: Seymur Sonmez: 27 Dekabr 2014 00:33
 
Yaşayır: AZƏRBAYCAN
Əsərlərin sayı: 402
Resenziyalar: 708
Status: Şair
 
Dünəndən inciyib bu gündən küsüb
Sabaha, ümidə iz axtarıram
Dünyanın düzündən əlimi üzüb
Dağımı düzməyə söz axtarıram
Əla
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
......................................................
         Redaktorun seçimi
 
ƏL ÜZMÜŞƏM BU GÜN YENƏ DÜNYADAN...

Müəllif: aliibrahimov

ƏL ÜZMÜŞƏM BU GÜN YENƏ DÜNYADAN...

Yenə mənəm, yenə bu ev, dörd divar,
Ürəyimdə heç bitməyən kədər var.
Əl üzmüşəm bu gün yenə dünyadan,
Dünya mənə məzar kimi soyuq, dar...

Oxumaq
ÇIXASIDIR GÖZLƏRİM

Müəllif: Neriman Nerimanli

ÇIXASIDIR GÖZLƏRİM

Sevgi odur, günü-gündən sərt gələ,
Vüsal qaça, həsrət qova, pərt gələ.
Hicran odur, qol açasan, dərd gələ,
Nə aşiqəm, nə dərdim var, nə sərim.

Oxumaq
Riyaziyyat.

Müəllif: Ruslan Zeynalli

Riyaziyyat.

Mən fənlərin şahıyam,
Onların başçısıyam.
Sən məni oxuyarsan,
Çox şey qazanarsan!

Oxumaq
Hələ çətinliklə darda yaşadım

Müəllif: sahin.yusifov

Hələ çətinliklə darda yaşadım

Oxuyaraq diqqət edin sözümə
Ötən illər gəldi getdi gözümə
İnana bilmədim özüm özümə
Bu qədər illəri harda yaşadım
Hələ çətinliklə darda yaşadım

Oxumaq
GÖRƏ

Müəllif: Neriman Nerimanli

GÖRƏ

Yayda yorulanlar tərləyər qışı,
Dalana dirənər yolunda naşı.
Atın dişlərindən bilinər yaşı,
Qiyməti verilməz nalına görə.

Oxumaq
           Ən fəal şərhçilər
 
Dunyamin
Resenziyaların sayı: 41575
Əsərlərin sayı: 3259
Polat Alemdar
Resenziyaların sayı: 23024
Əsərlərin sayı: 1868
adal
Resenziyaların sayı: 18902
Əsərlərin sayı: 1548
Ayka_Lambert
Resenziyaların sayı: 17914
Əsərlərin sayı: 1530
akif musayev
Resenziyaların sayı: 15978
Əsərlərin sayı: 1492
sahin.yusifov
Resenziyaların sayı: 12577
Əsərlərin sayı: 1072
Movlud Aqammed
Resenziyaların sayı: 9915
Əsərlərin sayı: 506
asef
Resenziyaların sayı: 5492
Əsərlərin sayı: 72
shefi
Resenziyaların sayı: 5124
Əsərlərin sayı: 253
niyazi
Resenziyaların sayı: 4816
Əsərlərin sayı: 245

           Sosial şəbəkə
 
            Sonuncu müsabiqə
 
         Ölkələr üzrə statistika
  free counters
         Şeirlər tarixlə
 
«    Sentyabr 2017    »
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Copyright © 2010 Misra.Az
Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
Bizimlə əlaqə: admin@misra.az

Hosting provided by AdelinaHost.com, AZ Lyrics