misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8511 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

YANASAN-YANA

Müəllif: Neriman Nerimanli | 25 İyun 2013 | Oxunub: 1636| Yadda saxlamaq:
Sən mənim dərdimi hardan biləsən,
Gərək dərdlərimi qanasan-qana.
Əlin barmaqları kifayət etməz,
Bir ovuc qum götür, sanasan-sana.

Hər kəs öz eşqində, öz sevməsində,
Səni sevməyəni heç sevmə sən də.
Mən sevim, sən məni lap sevməsən də
Nəbadə eşqimi danasan-dana.

Rəvamı əlindən əlim tutmasın
Yar-yarı gərəkdir heç unutmasın.
Gülüm, qoy ah-naləm səni tutmasın
Harda olursan, ol, anasan-ana.

Qəm mənə, səadət yadlara düşüb,
Dözmərəm desinlər yad dara düşüb.
Sən də mənim kimi odlara düşüb
Gecəli-gündüzlü yanasan-yana.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 4)
Əsəri oxuyanlar (357)
  Oxşar misralar:
  • RuslaNövrəs! 05. 09.2014
  • Yanasan ey gül
  • AĞLADIM
  • Bir ovuc su hədiyyəmdi...
  • Hardan biləsən


  •   Resenziyalar (10)  
    Yazdı: Dunyamin: 25 İyun 2013 12:17
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Qardaş,bu şeirin də çox gözəldir,bəyəndim!...
    Hər kəs öz eşqində, öz sevməsində,
    Səni sevməyəni heç sevmə sən də.
    Mən sevim, sən məni lap sevməsən də
    Nəbadə eşqimi danasan-dana.....
    Yazdı: Neriman Nerimanli: 25 İyun 2013 14:40
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Dunyamin,
    Çox sağ olun, Dünyamin müəllim, Allah Sizdən razı olsun!
    Yazdı: Sanan Celilli: 25 İyun 2013 15:22
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 33
    Resenziyalar: 51
    Status: Şair
     
    Əla şerdir, Nəriman bəy.

    Hər kəs öz eşqində, öz sevməsində,
    Səni sevməyəni heç sevmə sən də.
    Mən sevim, sən məni lap sevməsən də
    Nəbadə eşqimi danasan-dana.

    Bu bənd isə əməlli - başlı təcnis olmaq iddiasındadır.

    --------------------
    Bu dünya əzazil, mənsə səbrli
    Səbrimlə əzabı əzə biləydim...
    Yazdı: Polat Alemdar: 25 İyun 2013 16:20
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Neriman Nerimanli
    Rəvamı əlindən əlim tutmasın
    Yar-yarı gərəkdir heç unutmasın.
    Gülüm, qoy ah-naləm səni tutmasın
    Harda olursan, ol, anasan-ana.

    Qəm mənə, səadət yadlara düşüb,
    Dözmərəm desinlər yad dara düşüb.
    Sən də mənim kimi odlara düşüb
    Gecəli-gündüzlü yanasan-yana.


    ƏZİZ DOSTUM NƏRİMAN MÜƏLLİM BU GÖZƏL MİSRALARA DA ƏLA. SİZƏ YARADICILIQ YOLLARINIZDA UĞURLAR DİLƏYİRƏM!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Neriman Nerimanli: 25 İyun 2013 16:24
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Sanan Celilli,
    Təşəkkür edirəm, Sənan müəllim, son zamanlar deyəsən təcnisə daha çox meyl edirəm, axır ya abırdan düşəcəm, ya da yazacam)))

    Polat Alemdar,
    Çox sağ olun, Polad qardaşım, Allah hər zaman Sizdən razı olsun, inşallah!
    Yazdı: Allahin esqine: 15 İyul 2013 11:22
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 127
    Resenziyalar: 1165
    Status: Şair
     
    Bütün şeirləriniz kimi bu da çox gözəldi yazan əlləriniz dərd görməsin

    --------------------
    Dedim ürək sözüm çoxdur
    Dedilər ki,yaşın azdı
    On yeddi il saymadılar
    Sonda qələm qanla yazdı
    ....Əsi...
    Yazdı: Neriman Nerimanli: 15 İyul 2013 14:15
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Allahin esqine,
    Minnətdaram Sizə çox sağ olun, arzularınız qarşılıqlıdır!
    Yazdı: Seymur 551: 23 İyul 2013 14:57
     
    Yaşayır: Gəncə
    Əsərlərin sayı: 4
    Resenziyalar: 3
    Status: Yeni şair
     
    Hər kəs öz eşqində, öz sevməsində,
    Səni sevməyəni heç sevmə sən də.
    Mən sevim, sən məni lap sevməsən də
    Nəbadə eşqimi danasan-dana.

    Super....! söz ola bilməz bu bəndə
    Yazdı: Neriman Nerimanli: 23 İyul 2013 16:37
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Seymur 551,
    Çox təşəkkür edirəm, Seymur bəy, sağ olun rəyiniz üçün!
    Yazdı: sahin.yusifov: 4 Sentyabr 2014 19:22
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Sən mənim dərdimi hardan biləsən,
    Gərək dərdlərimi qanasan-qana.
    Əlin barmaqları kifayət etməz,
    Bir ovuc qum götür, sanasan-sana.
    əla
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    BİR AHU BƏDƏNLİ,QƏLƏM QAŞLIYA

    Müəllif: ulvi amin

    BİR AHU BƏDƏNLİ,QƏLƏM QAŞLIYA

    Təbiət ruh verib,Tanrı can verib,
    Üzü mənə sarı gələn gözələ.
    Balıqtək üzməyə bir ümman verib,
    Mənim hər dərdimi bilən gözələ.

    Oxumaq
    Q A Ğ A M   ---   Səxavət QAFARLIYA

    Müəllif: Saxavat

    Q A Ğ A M --- Səxavət QAFARLIYA

    Canından canını alir məhəbbət,
    Qağamı nə günə salır məhəbbət!

    Oxumaq
    O SEVGİ   ---   Dəstəgül ZAMANLI

    Müəllif: Saxavat

    O SEVGİ --- Dəstəgül ZAMANLI

    Xəyal idi,
    ulduz-ulduz
    əridi...

    Oxumaq
    Çəkəcəkdir cəkəcək, həsrəti yar darə məni

    Müəllif: sefer

    Çəkəcəkdir cəkəcək, həsrəti yar darə məni

    Bilməz idim belə eşqin gücünü mən bu qədər
    Qəlbimdə dağ yaradıb ,yar necə gör! qəmlə kədər
    Nə qədər rəhm dilədim,sən demə heç hamsı hədər
    Olmadı bəndəyi adəm ki edə çarə məni
    Çəkəcəkdir cəkəcək, həsrəti yar darə məni

    Oxumaq
    SƏXAVƏT!   --- { Dostum Səxavət Qafarlıya } ---  Xanəli TOLIŞ

    Müəllif: Saxavat

    SƏXAVƏT! --- { Dostum Səxavət Qafarlıya } --- Xanəli TOLIŞ

    Axı, kimə gərək bu qorxu-hürkü,
    Yaradan yaradıb Talışı, Türkü...
    Hərə bir tərəfə çəksə bu kürkü,
    Nə qalar de mənə, sənə Səxavət?!

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Sentyabr 2017    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics