misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8511 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

ÖLDÜRMƏ İNAMIMI...(Yenə də yaxındayıq...)

Müəllif: Dunyamin | 9 İyul 2013 | Oxunub: 2496| Yadda saxlamaq:
ÖLDÜRMƏ İNAMIMI...(Yenə də yaxındayıq...)

Yenə də yaxındayıq,
görürəm hər gün səni...
Biganə sükutunla,
öldürürsən sən məni!...

Baxışımı çəkmirəm,
bəstə boyundan sənin...
Ürəyimdə nələr var,
yox xəbəri kimsənin!...

Gəzirsən etinasız,
küsürsən-barışırsan...
Telli-qara qız ilə
gülürsən-danışırsan!...

Görmürsənmi məni,
hamını güldürürsən!...
Bir könül sındırırsan,
bir ümid öldürürsən!...
07.05.77...Ağdaş

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 116)
Əsəri oxuyanlar (411)
  Oxşar misralar:
  • SƏN İNSAN ÖLDÜRÜRSƏN...(Yenə də yaxındayıq...)
  • SƏN İNSAN ÖLDÜRÜRSƏN...
  • YANDI QƏLBİM...(Ömür də gəldi-keçdi...)
  • ÖLDÜRMƏ MƏNİ
  • Geri dön öldürmə məhəbbətimi.


  •   Resenziyalar (33)  
    Yazdı: Dunyamin: 9 İyul 2013 10:20
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    İnsan inamla yaşayıb həmişə...Ümid bircə damla da olsa,hər şeyə qadirdir....
    Hətta insanı yaşatmağa da!...
    Sən mənim son ümidimi də üzdün; o son yarpağı da qopartdın...
    Bilə-bilə yaralı ürəyimə dağ çəkdin!..
    Öldürdün inamımı da,məni də!...
    Öldürə bildinmi!...
    Yazdı: Neriman Nerimanli: 9 İyul 2013 11:16
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Baxışımı çəkmirəm,
    bəstə boyundan sənin...
    Ürəyimdə nələr var,
    yox xəbəri kimsənin!...

    Gəzirsən etinasız,
    küsürsən-barışırsan...
    Telli-qara qız ilə
    gülürsən-danışırsan!...

    Xoşuma gəldi bu lirik misralar, əllərinizə sağlıq, Dünyamin müəllim!
    Yazdı: Dunyamin: 9 İyul 2013 12:29
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Neriman Nerimanli

    Baxışımı çəkmirəm,
    bəstə boyundan sənin...
    Ürəyimdə nələr var,
    yox xəbəri kimsənin!...

    Gəzirsən etinasız,
    küsürsən-barışırsan...
    Telli-qara qız ilə
    gülürsən-danışırsan!...

    Xoşuma gəldi bu lirik misralar, əllərinizə sağlıq, Dünyamin müəllim!


    ÇOX SAĞ OL,ŞAİR QARDAŞIM MƏNİM!....
    Yazdı: Polat Alemdar: 9 İyul 2013 13:16
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Gəzirsən etinasız,
    küsürsən-barışırsan...
    Telli-qara qız ilə
    gülürsən-danışırsan!...

    Görmürsənmi məni,
    hamını güldürürsən!...
    Bir könül sındırırsan,
    bir ümid öldürürsən!..

    Assalamun aleykum mənim dəyərli qardaşım gözəl misralardır.Xoşun gəldi və həmişəki kimi məndəm ƏLA.əllərinizə və ruhunuza sağlıq!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 9 İyul 2013 14:24
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Polat Alemdar

    Gəzirsən etinasız,
    küsürsən-barışırsan...
    Telli-qara qız ilə
    gülürsən-danışırsan!...

    Görmürsənmi məni,
    hamını güldürürsən!...
    Bir könül sındırırsan,
    bir ümid öldürürsən!..

    Assalamun aleykum mənim dəyərli qardaşım gözəl misralardır.Xoşum gəldi və həmişəki kimi məndəm ƏLA.əllərinizə və ruhunuza sağlıq!


    VƏSALAMUN ALEYKUM,QARDAŞIM POLAD!...ÇOX SAĞ OL!...MİNNƏTDARAM...
    Yazdı: Shemsi: 9 İyul 2013 22:53
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Çox xoşuma gəldi bu gün paylaşdığınız şeirlər. Səmimi şeirlərdir...

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Dunyamin: 10 İyul 2013 01:31
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Shemsi
    Çox xoşuma gəldi bu gün paylaşdığınız şeirlər. Səmimi şeirlərdir...

    SİZƏ ÜRƏKDƏN MİNNƏTDARAM,ŞƏMSİ MÜƏLLİM!...
    ELƏCƏ DƏ "REDAKTORUN SEÇİMİ" RUBRİKASINA GÖRƏ SİZİN FƏALİYYƏTİNİZDƏN ÇOX RAZIYAM...
    ALLAH ÖZÜ SİZDƏN RAZI OLSUN!...SAĞ OLUN!...
    Yazdı: Dunyamin: 22 İyul 2013 20:40
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Dunyamin
    İnsan inamla yaşayıb həmişə...Ümid bircə damla da olsa,hər şeyə qadirdir....Hətta insanı yaşatmağa da!...Sən mənim son ümidimi də üzdün; o son yarpağı da qopartdın...Bilə-bilə yaralı ürəyimə dağ çəkdin!..Öldürdün inamımı da,məni də!...Öldürə bildinmi!...

    ÜMİD-İNAM İNSAN ÜÇÜN HƏYATDA HƏR ŞEY OLMASA DA,ANCAQ ÇOX ŞEYDİR...ƏN ÇƏTİN ANLARIMIZDA BELƏ BİZ ONUN İŞIĞINA BAXIB,ZÜLMƏTLƏRDƏN ÇIXMAĞA ÇALIŞMIŞIQ!...
    HƏTTA QARANLIQLAR GÖZÜMÜZƏ ÇÖKÜB BİZİ KOR EYLƏYƏNDƏ DƏ ÜMİD YAŞAYIB ÜRƏYİMİZDƏ...
    VƏ YAŞADIB ÜRƏYİMİZİ-BİZİ!...
    Yazdı: shefi: 27 Aprel 2014 17:49
     
    Yaşayır: --
    Əsərlərin sayı: 253
    Resenziyalar: 5124
    Status: Şair
     
    Sitat: Dunyamin
    Sitat: Dunyamin
    İnsan inamla yaşayıb həmişə...Ümid bircə damla da olsa,hər şeyə qadirdir....Hətta insanı yaşatmağa da!...Sən mənim son ümidimi də üzdün; o son yarpağı da qopartdın...Bilə-bilə yaralı ürəyimə dağ çəkdin!..Öldürdün inamımı da,məni də!...Öldürə bildinmi!...
    ÜMİD-İNAM İNSAN ÜÇÜN HƏYATDA HƏR ŞEY OLMASA DA,ANCAQ ÇOX ŞEYDİR...ƏN ÇƏTİN ANLARIMIZDA BELƏ BİZ ONUN İŞIĞINA BAXIB,ZÜLMƏTLƏRDƏN ÇIXMAĞA ÇALIŞMIŞIQ!...
    HƏTTA QARANLIQLAR GÖZÜMÜZƏ ÇÖKÜB BİZİ KOR EYLƏYƏNDƏ DƏ ÜMİD YAŞAYIB ÜRƏYİMİZDƏ...
    VƏ YAŞADIB ÜRƏYİMİZİ-BİZİ!...

    ƏLA ŞEİRDİR...
    BUNU DEMƏ BİRCƏ SƏN...
    Elə sanma,unutmuşam-
    qəlbimdəsən sən hər an...
    Məhəbbətim,bir də ümid-
    ayrı deyil canımdan!...

    İllər keçdi,biz ayrıldıq,
    zaman durdu,deyəsən!..
    Hamı dedi:"Unut onu!.."
    bunu demə bircə sən!...
    27.04.14
    Yazdı: adal: 4 May 2014 19:21
     
    Yaşayır: --
    Əsərlərin sayı: 1548
    Resenziyalar: 18902
    Status: Şair
     
    Sitat: Dunyamin
    İnsan inamla yaşayıb həmişə...Ümid bircə damla da olsa,hər şeyə qadirdir....
    Hətta insanı yaşatmağa da!...
    Sən mənim son ümidimi də üzdün; o son yarpağı da qopartdın...
    Bilə-bilə yaralı ürəyimə dağ çəkdin!..
    Öldürdün inamımı da,məni də!...
    Öldürə bildinmi!...


    BU SÖZLƏRDƏN SONRA MƏN NƏ DEYİM AXI!...
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    Danışdım...

    Müəllif: Movlud Aqammed

    Danışdım...

    Mən ömrümü lal keçirdim, bu illər
    Sükut içrə...ürəyimlə danışdım.
    Qaldım xəyal aləmində tək-tənha,
    Mənə həyan gərəyimlə danışdım.

    Oxumaq
    ПЕРВАЯ ЛЮБОВЬ

    Müəllif: Reshid Hesenov

    ПЕРВАЯ ЛЮБОВЬ

    Первая любовь, как белый снег,
    обожжёт вас если прикоснётесь.
    Вспыхнет в вашем сердце первоцвет
    медленно, но верно вы проснётесь!!!...

    Oxumaq
    DARIXMA

    Müəllif: ulvi amin

    DARIXMA

    Mənim saf sevgimə qəsd edən həyat,
    Sənin də qəlbini sıxar,darıxma.
    Kökündən çürümüş bir ağac kimi,
    Sənin də taxtını yıxar,darıxma.

    Oxumaq
    Dilənçi Qız

    Müəllif: kamil miri

    Dilənçi Qız

    Üzülmə dilənçi qız
    həyat ağladır hərdən.
    Ümüd də gözləmirsən
    açılan hər səhərdən.

    Oxumaq
    QAYITMAZ

    Müəllif: Neriman Nerimanli

    QAYITMAZ

    Dəyməyin qəlbimə, vallah, yaradı.
    Kaman tək inləyər gəlsə yar adı.
    Bu giley-güzarım nazlı yaradı
    Ruhum yuxuludur, yatsa, qayıtmaz.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Sentyabr 2017    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics