misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8511 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Azadlıq!

Müəllif: Elvir Adem | 24 İyun 2012 | Oxunub: 8740| Yadda saxlamaq:
Mən azadlıq istəyəndə,
Qandallanır əlim-qolum,
vücudumdan uzaqlaşır.
Coşub-daşır,
Qırır bütün zəncirləri duyğularım,
yaxın gəlir,
damla-damla yığılır,
selə dönür, axın gəlir.
Dalğalarda qərq oluram,
boğuluram.
Fikirlərdən azad olub,
mən yenidən doğuluram.

Mən azadlıq istəyəndə,
hətta kibrit qutusuna
sığışıram eləbil.
Hissələrə bölünürəm,
hisslərimin ətrafına yığışıram eləbil.

Mən azadlıq istəyəndə,
Hisslərimi cilovlayıb,
fikirləri yəhərləyib,
öz içimi dərə-təpə çapıram.
Və yeganə "Azadlığı"
duyğuların izharında tapıram.

İçimdə bir xəzinə var-
-sayəsində
azadlığın zirvəsinə
addım-addım ucalıram.
Nə olsun ki, çölümdə bir tacım yoxdu,
taxtım yoxdu...
Görürsənmi alnımdakı qırışları?
elə bilmə qocalıram.
Azadlıqla məşğulam,
qocalmağa vaxtım yoxdu...

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 31)
Əsəri oxuyanlar (1014)
  Oxşar misralar:
  • Azadlıq
  • "AZADLIQ" MEYDANINDADIR
  • AZADLIQ KÜLƏKLƏRİ
  • AZADLIQ...
  • SƏSSİZ NƏĞMƏLƏR...


  •   Resenziyalar (13)  
    Yazdı: Necmeddin: 24 İyun 2012 14:08
     
    Yaşayır: --
    Əsərlərin sayı: 1
    Resenziyalar: 2152
    Status: Şair
     
    Qəşəng.Azadlıq insan üçün böyük məfhumdur.Xüsusilə şair üçün.Həqiqətən portalda marala və həvəslə oxuduğum bir şairdən növbəti gözə əsəri oxumaq xoşdur mənə.



    P.S.Var ol

    --------------------
    Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
    Yazdı: turk: 24 İyun 2012 18:00
     
    Yaşayır: --
    Əsərlərin sayı: 99
    Resenziyalar: 482
    Status: Şair
     
    Salam Axundi bəy sizin əsərlərinizi sevə-sevə oxuyuram ,amma nə yazıq ki əsil sənətkarların əsərinə rəy bildirmək məndən uzaqdı çün ki bu böyük məhsuliyyət tələb edir mən isə bu məhsuliyyəti qaldıra bilmərəm)))))birdə ki yazan çoxdu məndə arada bir cızma-qara edirəm amma mən onunla yaşaya bilmirəm sizdə isə bu açıq aşkar görünür ki sənəti yaşayırsınız elə Alim Qasimov kimi sənəti yaşayırsınız bu hər sənətkara verilən təb deyil öpürəm Allah amanında.
    Yazdı: Vusal Huseyn: 25 İyun 2012 10:28
     
    Yaşayır: Azərbaycan Baki şəh.
    Əsərlərin sayı: 273
    Resenziyalar: 2065
    Status: Şair
     
    Salam Axundi qardaşım.Hər insan azadlığı bir cürə ifadə edir,bu şeir də sənin daxili aləminin azadlığa olan gözəl bir ifadəsidir məncə.

    --------------------
    Hər acının,hər ağrının,
    hər bir zülmün bir ahı var.
    Hər bir qaranlıq gecənin,
    tələsən bir sabahı var.

    Vüsal Hüseyn
    Yazdı: Mushviq: 25 İyun 2012 11:51
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 38
    Resenziyalar: 189
    Status: Şair
     
    Əhsən!Əhsən!Əhsən! Elvir, sən həqiqətən də çox dərin insansan. Çox az adam öz hisslərini təsvir etməyə bacarır, hətta adi sözlərlə belə. Sən isə bunu şeirlə, poetik şəkildə çatdırmağı belə bacarırsan.


    Mən azadlıq istəyəndə,
    Hisslərimi cilovlayıb,
    fikirləri yəhərləyib,
    öz içimi dərə-təpə çapıram.
    Mən yeganə "Azadlığı"
    duyğuların izharında tapıram.

    --------------------
    İnsanlar xurma ve korolyok kimidir, ilk baxışdan onları ayırd etmək çox çətindir, aldadıcı təsir bağışlaya bilər, necə ki, xurma ilə korolyoku xarici görünüşündən ayırd etmək mümkün deyil. Yalnız onu dişləyəndən(tanıyandan) sonra xurma yaxud korolyok olduğunu bilmək olar..
    Yazdı: Elvir Adem: 25 İyun 2012 19:31
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 228
    Resenziyalar: 930
    Status: Şair
     
    Allah sizlərdən razı olsun, minnətdaram!
    Yazdı: FerecovlU: 21 Yanvar 2013 00:22
     
    Yaşayır: --
    Əsərlərin sayı: 13
    Resenziyalar: 1148
    Status: Yeni şair
     
    Mən azadlıq istəyəndə,
    Qandallanır əlim-qolum,
    vücudumdan uzaqlaşır.
    Coşub-daşır,
    Qırır bütün zəncirləri duyğularım,
    yaxın gəlir,
    damla-damla yığılır,
    selə dönür, axın gəlir.
    Dalğalarda qərq oluram,
    boğuluram.
    Fikirlərdən azad olub,
    mən yenidən doğuluram.


    cooox gozeldir superdi size ugurlar
    Yazdı: ari: 22 Yanvar 2013 20:44
     
    Yaşayır: azerbaycan
    Əsərlərin sayı: 7
    Resenziyalar: 33
    Status: Yeni şair
     
    azadlıq verilmir alınır en sevdiyim mövzulardan biridir cox gozel alınıb! laughing
    Yazdı: Reshid Hesenov: 27 Yanvar 2013 14:02
     
    Yaşayır: Utregt
    Əsərlərin sayı: 1644
    Resenziyalar: 2493
    Status: Şair
     
    Уважаемый, Эльвир! Мне Ваш стих показался очень интересным и я позволил себе сделать перевод:

    КОГДА К СВОБОДЕ Я СТРЕМЛЮСЬ!

    Когда к свободе я стремлюсь
    теснят меня мои оковы.
    И я рабом себе кажусь,
    но разрывая те основы
    я чувства приближаю к телу.
    Вначале каплями затем
    их превращая в ливни верю,
    что может даже захлебнусь
    но выплыву и превращусь
    в крыло свободы и взлечу -
    целуя преданно мечту.

    Когда к свободе я стремлюсь
    это не значит улететь.
    Я даже в короб помещусь
    и на частицы разделюсь,
    но вокруг чувства своего
    вот, что мне нужно-то всего.

    Когда к свободе я стремлюсь
    то чувства обуздать готов.
    И мысли ветром отошлю
    за смыслом в поисках "Свобод".

    Во мне сокровище таится
    и я стремлюсь все время к цели.
    Кто не пытается - боится
    а значит он в себя не верит.
    И пусть я не властитель трона -
    свобода мне моя корона...

    Ты не гляди мне на седины
    и, что мой лоб уже в морщинах.
    Я в поисках своей свободы
    и не состарят меня годы....

    --------------------
    Hesenov
    Yazdı: Elvir Adem: 12 Fevral 2013 10:44
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 228
    Resenziyalar: 930
    Status: Şair
     
    ari, təşəkkür edirəm, çox sağ olun!


    Reshid Hesenov, blagodaryu za trud - za udachniy perevod!
    Yazdı: vusale1221: 16 Fevral 2013 16:49
     
    Yaşayır: --
    Əsərlərin sayı: 8
    Resenziyalar: 13
    Status: Şair
     
    coox gozel idi. Heqiqetende movzu coox gozel alinib. feel
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    Fani həyat

    Müəllif: Ruslan Zeynalli

    Fani həyat

    Deyirlər fanidir bu dərdli həyat
    Fanidir yaşamaq nəyimə gərək.
    Qəmlidi qüssəli dərdlidi həyat
    Bu qüssəni çəkmək nəyimə gərək.

    Oxumaq
    NİYƏ UTANDIM...(Yenə bu dünyanı ilahi gördüm...)

    Müəllif: Dunyamin

    NİYƏ UTANDIM...(Yenə bu dünyanı ilahi gördüm...)

    Asiman boyandı göy qurşağına,
    rənglərə qarışdı sanki duyğular...
    Mat qaldım aləmin yaraşığına,
    dil açdı-danışdı sanki duyğular!

    Oxumaq
    Çəkəcəkdir cəkəcək, həsrəti yar darə məni

    Müəllif: sefer

    Çəkəcəkdir cəkəcək, həsrəti yar darə məni

    Bilməz idim belə eşqin gücünü mən bu qədər
    Qəlbimdə dağ yaradıb ,yar necə gör! qəmlə kədər
    Nə qədər rəhm dilədim,sən demə heç hamsı hədər
    Olmadı bəndəyi adəm ki edə çarə məni
    Çəkəcəkdir cəkəcək, həsrəti yar darə məni

    Oxumaq
    DÜNYANIN SONUNA AZ QALIB DAHA

    Müəllif: Neriman Nerimanli

    DÜNYANIN SONUNA AZ QALIB DAHA

    Heç giley etməzdim bəxtimdən qabaq,
    Getdi tac əlimdən, taxtımdan qabaq.
    Allah, öldür məni vaxtımdan qabaq
    Dünyanın sonuna az qalıb daha.

    Oxumaq
    SABAHA SAXLAMAZ GÜNÜN İŞİNİ--- Məmməd AĞA --- {Səxavət QAFARLIYA}

    Müəllif: Saxavat

    SABAHA SAXLAMAZ GÜNÜN İŞİNİ--- Məmməd AĞA --- {Səxavət QAFARLIYA}

    Görünən, görünməz hallara baxır,
    Qəlbində saxlamır,- bulaqtək axır.
    Çəkinmir kimsədən, yandırıb-yaxır,
    Sabaha saxlamaz günün işini...

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    İyun 2017    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics